20 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“MOL Group” şirkətinin prezidenti ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan Macarıstanın "MOL Group" şirkətinin prezidenti Zolt Hernadi ilə görüşüb.

Görüşdə “MOL Group” şirkəti ilə səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. Enerji təhlükəsizliyi məsələləri və enerji resurslarının şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın bu istiqamətdə etibarlı tərəfdaş kimi rolu qeyd edilib.

Tərəflər “Mol Group”un ölkəmizdəki fəaliyyəti və gələcək işbirliyi imkanlarını müzakirə ediblər. MOL və SOCAR arasında tərəfdaşlığın inkişafı və enerji sahəsində fəaliyyətin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “MOL Group” beynəlxalq, inteqrasiya olunmuş neft, qaz, neft-kimya və pərakəndə satış şirkətidir. Şirkət 30-dan çox ölkədə fəaliyyət göstərir. “Azəri-Çıraq-Günəşli” layihəsinin 3-cü ən böyük səhmdarı olan “MOL Group” Azərbaycan da daxil olmaqla 9 ölkədə kəşfiyyat və hasilat aktivlərinə malikdir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?