bp-nin Azərbaycanda həyata keçirdiyi birgə layihələrlə bağlı fikir mübadiləsi aparılıb
“30-cu Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birgə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşdük. bp-nin Azərbaycanda həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması, innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
