Niderlanda məhsul ixracı kəskin artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Niderland ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 3,3 dəfə artaraq 118,2 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Niderlanda ixrac: 80,6 milyon dollar (+18,4 dəfə)
Niderlanddan Azərbaycana idxal: 37,5 milyon dollar (+20,8 faiz)
Cari ilin ilk dörd ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Niderland ilə ticarətin payı 0,7 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
