9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində tədbir və görüşlər keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Əlcəzairdə keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində tədbirlərdə iştirak edib və bir sıra görüşlər keçirib.

Əlcəzairdə İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində Müdirlər Şurasının Plenar Sessiyası keçirilib. Tədbir çərçivəsində İİB Qrupuna daxil olan qurumların illik toplantıları təşkil olunub, üzv ölkələr üçün 2026-2035-ci illəri əhatə edən dayanıqlı inkişaf planı barədə məlumat verilib. Plan səmərəli infrastruktur, insan kapitalının və özəl sektorun inkişafı, ərzaq və su təhlükəsizliyi, ticarət üzrə inteqrasiya kimi sahələri əhatə edir.

Əlcəzairdə İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində İİB Qrupunun Müdirlər Şurasının Dəyirmi Masası keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda həyata keçirilən iqtisadi şaxələndirmə tədbirləri, ölkəmizin tranzit qovşağı kimi strateji mövqeyini vurğulayıb. Dəyirmi Masada üzv ölkələrin biznes mühitində proaktiv tənzimləmələr, regional ticarətin dayanıqlı inkişafı barədə fikir mübadiləsi aparılıb, birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İİB Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirlə görüşündə ölkəmizin İİB Qrupuna daxil olan institutlarla əməkdaşlığa önəm verdiyi vurğulanıb. Azərbaycanda həyata keçirilən islahatlar, özəl sektorun inkişafı, Bankla reallaşdırılan birgə fəaliyyətin uğurlu nəticələri qeyd olunub. Tərəflər işbirliyinin şaxələndirilməsi, dayanıqlı infrastrukturla bağlı layihələrin icrası və regionun inkişafına yönəlmiş təşəbbüsləri müzakirə ediblər.

İllik Toplantı çərçivəsində Qvineya Respublikasının planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri İsmael Nabe ilə görüşdə Azərbaycanda əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Vurğulanıb ki, makroiqtiadi sabitlik, həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində ölkəmizin qeyri-neft iqtisadiyyatı və ixracı artır. Tərəflər ölkələrimizin ticarət, investisiya, infrastruktur, enerji, təbii resurslardan səmərəli istifadə, bilik və təcrübə mübadiləsi sahələrində işbirliyi perspektivlərini dəyərləndiriblər.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?