İşğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfər istiqamətləri genişləndirilir
“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq, Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, 2025-ci il mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər.
Portal üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər.
