23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Koordinasiya Şurasının növbəti iclası keçirilib

Koordinasiya Şurasının növbəti iclası keçirilib

Nazirlər Kabinetinin 2023-cü il 23 dekabr tarixli 451 nömrəli Qərarı əsasında yaradılmış Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının mayın 1-də növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin məlumatına görə, Baş nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov iclası açaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası çərçivəsində Şura tərəfindən 2024-cü ildə görülmüş işlərin təhlil edilməsinin zəruriliyini bildirib, bu tədbirlərin icrasının ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin daha effektiv olmasına zəmin hazırlayacağını qeyd edib. Eyni zamanda, Şura sədri Avropa Şurası MONEYVAL Komitəsi tərəfindən tərəqqi hesabatı sorğusunun göndərildiyini və hesabatın uğurla tamamlanmasının önəmini xüsusi olaraq vurğulayıb.

İclasda Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin Milli Fəaliyyət Planında 2024-cü il üzrə nəzərdə tutulmuş tapşırıqların icrasına dair hesabatı, həmçinin Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Mərkəzi Bank və Dövlət Vergi Xidmətinin nümayəndələrinin görülmüş işlərin cari vəziyyəti barədə məlumatları dinlənilib, eyni zamanda, Avropa Şurası MONEYVAL Komitəsinin cari ildə aparacağı tərəqqi qiymətləndirməyə hazırlıq vəziyyəti və digər məsələlər geniş müzakirə olunub.

İclasın yekunu olaraq Milli Fəaliyyət Planının 2024-cü il üzrə icrası vəziyyəti barədə hesabatın Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilməsi barədə razılıq əldə olunmuş, habelə MONEYVAL tərəqqi hesabatının təqdim olunmasına hazırlıq məqsədilə atılmalı olan növbəti addımlar müəyyənləşdirilib və digər qərarlar qəbul edilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?