28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fermerlərə verilmiş texnika və avadanlıq təyinatlı güzəştli kreditlərin məbləği açıqlanıb

Bu ilin yanvar-fevral ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 802 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib.

Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, hesabat dövründə Agentlik tərəfindən aqrar sektorda fəaliyyət göstərən şəxslərə 299 müraciət üzrə 5,6 milyon manat məbləğində texnika və avadanlıq təyinatlı güzəştli kredit verilib.