15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsü açıqlanıb

Bu ilin yanvar-fevral ayları ərzində Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanmış layihələrin 99,6 faizi, kredit məbləğinin isə 65,8 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olub.

Fondun məlumatına görə, hesabat dövrində kredit sayının sahibkarlıq subyektləri üzrə bölgüsündə 97,4 faiz mikro, 1,3 faiz kiçik, 0,9 faiz orta sahibkarlıq subyektlərinin payına düşüb.

Güzəştli kredit məbləğinin sahibkarlıq subyektləri üzrə bölgüsündə isə mikro sahibkarlıq subyektlərinin payı 55,9 faiz, kiçik sahibkarlıq subyektlərinin payı 4,8 faiz, orta sahibkarlıq subyektlərinin payı isə 5,1 faiz təşkil edib.

Xatırladaq ki, cari ilin ilk iki ayında Fond tərəfindən 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?