15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlin əvvəlindən 29 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-fevral ayları ərzində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 29 yeni dövlət standartı qəbul edilib.

Qurumun məlumatına əsasən, bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Dövlət standartlarının sahələr üzrə bölgüsü:

- Qida texnologiyası və kənd təsərrüfatı üzrə 12 dövlət standartı;

- Tikinti materialları üzrə 3 dövlət standartı;

- İnformasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 4 dövlət standartı;

- Neft-qaz və əlaqəli texnologiyalar üzrə 5 dövlət standartı;

- Ətraf mühit üzrə 2 dövlət standartı;

- Nəqliyyat sahəsi üzrə 3 dövlət standartı;

Cari ilin ilk iki ayında 22 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 19 dövlət standartı isə ləğv edilib. Sahibkarların sifarişi əsasında 30 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?