15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb

2024-cü il ərzində 4 mindən çox qadın sahibkar biznes sahəsində bilik və bacarıqların artırılması üçün təlim və məsləhət, 300-dən çoxu isə biznes planın hazırlanmasına dəstək xidmətlərindən istifadə edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, bununla yanaşı, ötən il 10-dan çox qadın sahibkar və menecer Almaniyada beynəlxalq ixstisasartırma proqramından yararlanıb.

2024-cü ildə qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb, 8-nə innovativ layihəsini vergidən azad edən “Startap” şəhadətnaməsi verilib. Bu dövrdə 250-yə yaxın qadın sahibkarın istehsal etdiyi məhsul və xidmətlərin satışına dəstək məqsədilə onların sərgi və yarmarkalarda iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib. Həmçinin, qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi, qadın sahibkarların inkişafının dəstəklənməsi istiqamətində KOBİA tərəfindən mütəmadi olaraq görüşlər təşkil olunur, tərəfdaş qurumlarla birgə ünvanlı layihələr həyata keçirilir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?