15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistan şirkətləri arasında sənədlər imzalanıb

SOCAR-ın təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

SOCAR-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüblər. Şəhidlər xiyabanını ziyarət edən mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyublar.

Konfransda SOCAR-ın prezidenti Rövşən Nəcəfin, “KazMunayQaz” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenovun, “Tatneft” şirkətinin baş direktoru Nail Maqanovun, “Uzbeknefteqaz” şirkətinin İdarə Heyətinin sədri Baxodirjon Sidikovun çıxışları dinlənilib.

Daha sonra Azərbaycan Respublikasının SOCAR, Qazaxıstan Respublikasının “KazMunayQaz”, Rusiya Federasiyasının “Tatneft”, və Özbəkistan Respublikasının “Uzbeknefteqaz” şirkətləri arasında dördtərəfli və ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.

Konfrans çərçivəsində, həmçinin “Yeni standartların işlənilməsi və neft-qaz sənayesində tətbiqi”, “Fövqəladə halların aradan qaldırılması üzrə müasir yanaşmalar və birgə reaksiya qruplarının əhəmiyyəti”, "Neft-qaz sənayesi üçün açıq rəqəmsal həllər konsorsiumu – vahid mühəndis mühiti", “Birgə satınalma fəaliyyətinin üstünlükləri və tətbiqinin prinsip və mərhələləri” mövzularında panel müzakirələr təşkil olunub. Müzakirələrdə mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?