15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“4Sİ Akademiyası” Milli Proqramı 8000-dən çox kursu əhatə edəcək

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi "4Sİ Akademiyası" layihəsinin pilot mərhələsi ötən il uğurla tamamlanıb.

Bu barədə Mərkəzin 2024-cü il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransında 4SİM-in icraçı direktoru Fariz Cəfərov deyib.

Bildirilib ki, ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində bilik və bacarıqların artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək məqsədilə həyata keçirilən layihə çərçivəsində 10 min nəfər 1 il ərzində mərhələli şəkildə “Coursera” onlayn təhsil platformasında müxtəlif təlimlərdən ödənişsiz yararlanmaq imkanı əldə edib. İştirakçıların nüfuzlu universitet və qabaqcıl şirkətlərin süni zəka, böyük verilənlər, data analitika, blokçeyn, bulud texnologiyaları, liderlik, kommunikasiya, ingilis dili və digər istiqamətlər üzrə kursları ümumi izləmə müddəti 32 min saatdan çox təşkil edib, təlimləri uğurla tamamlayanlar 4300 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə Süni intellekt innovasiyası kateqoriyası üzrə “Coursera” şirkətinin "Üstün Nailiyyət" mükafatına layiq görülüb.

Bu il davam etdiriləcək “4Sİ Akademiyası” Milli Proqramı daha çox vətəndaşı və platformada təqdim olunan 8000-dən çox kursu əhatə edəcək. Hər bir istifadəçi 6 həftə ərzində bu kurslardan yararlana biləcək. Milli Proqram üçün qeydiyyat növbəti həftədən start götürəcək. İştirakçılar üçün yaş və digər məhdudiyyətlər yoxdur.

4SİM 2024-cü ildə “Apple” şirkəti ilə birgə ölkəmizdə "Apple səlahiyyətli təlim mərkəzi”nin yaradılması, coğrafi informasiya sistemləri sahəsində dünyanın aparıcı şirkəti olan “Esri” ilə “Tələbələr üçün ArcGİS” layihəsi, blokçeyn, veb3, kriptoqrafika və kriptovalyuta sahəsində ixtisaslaşmış “Binance” şirkəti ilə “Binance Academy” çərçivəsində əməkdaşlığa start verib. Bu proqramlar çərçivəsində müxtəlif təlim sessiyaları keçirilir. Məqsəd ixtisaslaşmış yerli mütəxəssislərin və təlimçilərin hazırlanmasına töhfə verməkdir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?