15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial həssas qrupdan olan qadınların hazırladıqları məhsulların sərgisi təşkil olunub

1-2 mart tarixlərində “Passage 1901”də "Woman Bazaar” Dayanıqlı İnkişaf Festivalı keçirilib. Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunmuş sərgidə Bakıdan və regionlardan 60-a yaxın qadının hazırladığı məhsulların satışı həyata keçirilib.

Bir sıra qurumların, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, “Gender Hub Azerbaijan”ın təşkilatçılığı və “Paşa Holding”in dəstəyi ilə keçirilmiş festivalın məqsədi sosial həssas qrupdan olan qadınların təşəbbüslərini və sahibkarlıq fəaliyyətlərini dəstəkləmək, onların bilik və bacarıqlarını artırmaqla yanaşı, fəaliyyətlərinin davamlılığını təmin edəcək dəstək mexanizmlərinin genişləndirilməsinə töhfə vermək olub.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, bu sahədə dövlət dəstəyi tədbirləri, o cümlədən Agentliyin dəstəyi və tərəfdaşlarla birgə reallaşdırılan layihələr barədə məlumat verib.

İki gün davam edən festival çərçivəsində master klasslar, uğurlu qadın sahibkarların çıxışları və musiqi proqramı təqdim edilib, “Woman Bazaar” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?