28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məkkədə “Azərbaycan pavilyonu” böyük marağa səbəb olub

Fevralın 25-dən 27-dək Səudiyyə Ərəbistanının Məkkə şəhərində "2-ci Məkkə Halal Forum" keçirilir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) verilən məlumata görə, üç gün davam edəcək Foruma dünyanın müxtəlif ölkələrindən müvafiq dövlət qurumlarının nümayəndələri, halal sənayesini təmsil edən iş adamları, ekspertlər qatılıblar. Tədbirdə həmçinin ASK, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və şirkətlər də iştirak edirlər.

Forum çərçivəsində Məkkədə iştirakçı şirkətlərin məhsullarını təqdim etməsi üçün sərgi təşkil olunub. Konfederasiyanın təşkilatçılığı, AZPROMO-nun dəstəyi ilə sərgidə “Azərbaycan pavilyonu” qurulub. Pavilyonda kənd təsərrüfatı, emal sənayesi, turizm və digər xidmət sektorlarını təmsil edən 15 stend fəaliyyət göstərir.

Qeyd edək ki, “Azərbaycan pavilyonu” sərgi iştirakçılarının böyük marağına səbəb olub. Xüsusən də Azərbaycan məhsulları, milli mətbəx nümunələrimiz ilə tanış olan xarici qonaqlara geniş məlumat verilib.

Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında, dünyanın müxtəlif ölkələrindən iştirakçıların bir araya gətirən Məkkə Halal Forumu artıq ikinci ildir keçirilir. Forum, qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlığı yüksəltmək məqsədi daşıyır. Forum çərçivəsində dəyirmi masalar və B2B görüşlər keçirilir.

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları