19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başlayıb

7-9 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısı (“AIM Congress”) çərçivəsində təşkil olunacaq Beynəlxalq Startap Yarışmasında dünyanın müxtəlif ölkələrindən olan startaplar layihələrini təqdim edəcəklər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, yarışmada Azərbaycanı təmsil edəcək startapın seçilməsi üçün “AIM Congress”in dəstəyi, KOBİA təşkilatçılığı ilə milli tura (The National Pitch Competition) start verilir. Qalib ölkəmizi aprel ayında Əbu-Dabidə keçiriləcək “AİM Congress”in Beynəlxalq Startap Yarışmasında təmsil edəcək.

Milli turda iştirak etmək istəyən startaplara dair tələblər aşağıdakı kimidir:

- "Pre-seed" və ya "Seed" mərhələsində olmalı;

- komanda 5 nəfərdən ibarət olmalı;

- komandada ən azı bir nəfər yüksək səviyyəli texniki mütəxəssis olmalı;

- təqdim olunacaq layihə innovativ və miqyaslana bilən olmalı;

- layihə texnologiya sektorunu əhatə etməlidir.

Milli turda aşağıdakı sektorlar üzrə startaplar iştirak edə bilərlər:

- Dərin texnologiya (DeepTech);

- Yaşıl texnologiya (Greentech);

- Metaverse;

- Pərakəndə və elektron ticarət (RetailTech&E-commerce);

- Kibertəhlükəsizlik (Cybersecurity);

- Mobillik (Mobility);

- Əlavə edilmiş və virtual reallıq (AR&VR);

- Sağlamlıq texnologiyası (HealthTech).

Əbu-Dabidə ölkəmizi təmsil edəcək startap KOBİA tərəfindən formalaşdırılacaq peşəkar münsiflər heyəti tərəfindən seçiləcək.

Milli turun qalibinin "AIM Congress"də iştirakı üçün aviabilet (bir nəfər üçün gediş-dönüş) və qonaqlama (6-9 aprel tarixləri üçün) xərcləri qarşılanacaq. Həmçinin qalib startap “AIM Congress”in sosial şəbəkə hesablarında təşviq olunacaq, tədbir məkanına ödənişsiz daxil olmaq imkanı əldə edəcək və Beynəlxalq Startap Yarışmasında startapını investorlara təqdim etməsi üçün stendlə təmin olunacaq.

Son müraciət tarixi: 10 mart 2025-ci il, saat 23:59-dur.

Müraciət üçün link: https://startupcompetition.aimcongress.com/event/form/e1f2c1fb-c6e5-4cc4-be95-dc1f55fd08a2

Əlavə məlumat üçün: (+994 12) 404 04 01 (daxili 182), https://startup.aimcongress.com/startup

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?