10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun (DİF) idarəedici direktoru Mirek Duşeklə videokonfrans formatında görüşüb. Görüşdə Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu, ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi vurğulanıb. Əməkdaşlıq çərçivəsində ölkəmizdə rəqəmsal transformasiya, innovasiya və texnologiya istiqamətində atılan addımlar qeyd edilib. Tərəfdaşlığın perspektivləri və potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubunun onlayn imzalanma mərasimi keçirilib. Niyyət Məktubuna əsasən DİF İqtisadiyyat Nazirliyi ilə birgə dövlət və özəl sektorların nümayəndələrini bir araya gətirərək Azərbaycanın qlobal bilik və mübadilə şəbəkəsinə qoşulması ilə bağlı təşəbbüslərə dəstək olacaq. Bu təşəbbüs innovasiya və bacarıqların inkişafı sahəsində yeni imkanlar yaratmaq və müasir bacarıqlar ekosisteminin inkişafına töhfə vermək məqsədi daşıyır.

Bacarıqlar üzrə Akselerator Platformasının sürətlə dəyişən iqtisadiyyata uyğun insan kapitalının inkişafı üçün həllər təklif edəcəyi və dövlət-özəl əməkdaşlığını stimullaşdıracağı diqqətə çatdırılıb.

Qeyd: Dünya İqtisadi Forumunun Akselerator Platforması inklüziv inkişaf məqsədilə fəaliyyət göstərən milli səviyyəli dövlət-özəl əməkdaşlıq platformasıdır. Hazırda 40 ölkədə fəaliyyət göstərən DİF-in Akselerator platformaları müxtəlif sektorlar arasında əməkdaşlığı təşviq edərək əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırır, innovativ həllərdən istifadənin miqyasını genişləndirirlər. Akseleratorlar DİF-in bir sıra platformalarının potensialından yararlanmaq imkanı əldə edirlər.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?