15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın turizm imkanları Türkiyədə nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul şəhərində işinə başlayan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT - 2025”) təbliğ olunur.

Dövlət Turizm Agentliyinin məlumatına görə, sərgi çərçivəsində milli stenddə 10 yerli turizm sənayesi nümayəndəsi və "Azərbaycan Hava Yolları" QSC təmsil olunur. Ziyarətçilərə Azərbaycanın turizm imkanları, o cümlədən qastroturizm, şərabçılıq, qış turizmi və dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan maddi mədəni irs nümunələri barədə ətraflı məlumat təqdim olunur. Həmçinin Türkiyə və digər ölkələri təmsil edən turizm sektoru nümayəndələri ilə B2B formatında görüşlər təşkil edilir.

Dünyanın beş böyük turizm sərgisindən biri hesab olunan EMITT-2025 sərgisində 95 ölkə təmsil olunur.

Qeyd edək ki, 2024-cü ildə Türkiyə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə 2-ci yerdə qərarlaşıb. Ötən il ərzində Türkiyədən ölkəmizə 426 241 nəfər olmaqla 2023-cü ilin rəqəmlərindən 13 faiz çox ziyarətçi gəlib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?