14 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Monqolustan yeni nəqliyyat marşrutlarının yaradılmasını müzakirə ediblər

Monqolustan Azərbaycanla nəqliyyat və logistika sektorunda səmərəli əməkdaşlığı inkişaf etdirmək arzusunda olduğunu bildirib.

Monqolustanın milli xəbər agentliyi MONTSAME-nin yaydığı məlumata görə, bu barədə Ulan-Batorda Monqolustanın nəqliyyat və avtomobil yolları naziri Borxuuqiyn Delgersayxan ilə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı çərçivəsində Azərbaycanın beynəlxalq nəqliyyat sektorunun qovşaq nöqtələri olan dəmir yolu şəbəkəsi və avtomobil nəqliyyatı əlaqələrindən istifadə, Asiya ilə Avropanı birləşdirən yeni nəqliyyat marşrutlarının yaradılması, habelə yükdaşıma qabiliyyətinin artırılması istiqamətində birgə işlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü?