23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avrasiya regionunun logistika və nəqliyyat peşəkarları Bakıda bir araya gələcəklər

Avrasiya regionunun logistika və nəqliyyat peşəkarları Bakıda bir araya gələcəklər

Bu ilin 3-5 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi - “TransLogistica Caspian” keçiriləcək.

“Caspian Event Organisers” şirkətindən verilən məlumata görə, sərgi beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar açır, əməkdaşlıq üçün platforma təqdim edir və Orta dəhliz, TRACECA və "Bir kəmər, bir yol" təşəbbüsləri çərçivəsində biznesin inkişafına unikal şərait yaradır.

Azərbaycan, eyni zamanda, qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər və nəqliyyat dəhlizlərinin artan əhəmiyyəti fonunda yol infrastrukturunu aktiv şəkildə inkişaf etdirir. Bu istiqamətdə əhəmiyyətli addımlardan biri isə 14-16 oktyabr tarixlərində keçiriləcək 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road&Traffic” sərgisidir. Bu sərgi nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və nümayişi üçün mühüm bir platforma təqdim edir.

“TransLogistica Caspian” və “Road&Traffic” sərgiləri nəqliyyat və logistika sahəsinin peşəkarları üçün unikal imkanlar təqdim edir. Bu tədbirlər təcrübə mübadiləsi, innovativ həllərin tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsini təşviq edir ki, bu da dinamik şəkildə dəyişən qlobal bazarda xüsusi əhəmiyyət daşıyır. Bu sərgilərdə iştirak şirkətlərə və mütəxəssislərə nəqliyyat infrastrukturunun inkişafında lider olmaq və regionun dayanıqlı inkişafına töhfə vermək imkanı yaradacaq.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?