15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il 7,5 milyondan çox sərnişinə xidmət edib

2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 7,537 milyon sərnişinə xidmət göstərərək bu rəqəmi əvvəlki illə müqayisədə 31 faiz artırıb. Uçuşların sayı 59 238-ə çatıb, marşrutların sayı isə 80-ə yüksəlib. Hava limanından istifadə edən aviaşirkətlərin sayı 40-a çatıb ki, onların 18-i aşağıbüdcəli daşıyıcılardır.

Hava limanının məlumatına görə, tranzit sərnişinlərin sayında da nəzərəçarpan artım müşahidə olunub. Ötən ildə bu göstərici 130 faiz artaraq 373 383 nəfərə çatıb. Bakı–Naxçıvan reyslərində 3 419 uçuş həyata keçirilib, bu istiqamətdə sərnişin sayı isə 728 min nəfər olub (+4 faiz).

Strateji inkişaf planı çərçivəsində aeroportda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib. Uçuş-enmə zolaqlarından biri beynəlxalq standartlara uyğun yenidən qurulub. 4 332 metrlik yolların tikintisi və təmiri başa çatdırılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu ətraf mühitin qorunması istiqamətində də ciddi addımlar atıb. 2024-cü ildə karbon qazı tullantıları 8 faiz azaldılıb, enerji qənaəti isə 260 kVt/saat təşkil edib. Aeroport, həmçinin, “Airport Carbon Accreditation” (ACA) proqramının “Azaltma” mərhələsinə nail olaraq, ekoloji davamlılıq sahəsində öz mövqeyini gücləndirib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?