20 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin ilk üç rübündə AÇG yatağı üzrə 93 milyon barel neft hasil olunub

Bu ilin ilk üç rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağı üzrə fəaliyyətlərə təqribən 402 milyon dollar əməliyyat məsrəfləri və 968 milyon dollar əsaslı məsrəflər xərclənib.

bp-nin hesabatına əsasən, ilk üç rüb üçün AÇG-dən ümumi hasilat – "Çıraq" (23 min), "Mərkəzi Azəri" (96,5 min), "Qərbi Azəri" (75,5 min), "Şərqi Azəri" (51 min), "Dərinsulu Günəşli" (57,4 min),"Qərbi Çıraq" (29,1 min) və ACE (6,5 min) platformalarından birlikdə – gündə orta hesabla 339 min barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon ton olub.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 147 neft hasilatı quyusu, 47 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub. İlin üç rübü ərzində AÇG-də 3 neft hasilatı və 1 su injektoru quyusu tamamlanıb.

2024-cü ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə 1,8 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri