12 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyədə ciddi artım var

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçən POS-terminalların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,1 faiz, POS-terminallar üzrə dövriyyə 23,8 milyon manat və ya 41,6 faiz artıb.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu barədə nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvanda səfərdə olan Visa şirkətinin Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Bildirilib ki, hesabat dövründə Muxtar Respublikada nağdsız əməliyyatlar üzrə dövriyyə 309,5 milyon manat və ya 74,8 faiz artıb. “ƏDV geri al” layihəsinin geniş tətbiqi də nağdsız dövriyyələrin artımına müsbət təsir göstərib. Belə ki, 2024-cü ilin 9 ayında Naxçıvanda istehlakçılara qaytarılan 1037,2 min manat ƏDV məbləğinin 75 faizi və ya 778,6 min manatı nağdsız ödənişlər üzrədir.

Əlavə olaraq bildirilib ki, qeyri-dövlət sektorunda əmək müqavilələri və əməkhaqlarının “ağardılma”sı nağdsız qaydada ödənişləri genişləndirir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?