23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın əlverişli biznes mühitini islam ölkələrinin gənc sahibkarları müzakirə edəcək

Azərbaycanın əlverişli biznes mühitini islam ölkələrinin gənc sahibkarları müzakirə edəcək

Bu ilin oktyabrında Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) 3-cü Baş Assambleyasının keçirilməsi nəzərdə tutulur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 56 ölkənin, eləcə də qeyri-üzv dövlətlərin nümayəndələri iştirak edəcək. Ümumilikdə 70-yə yaxın ölkənin təmsil olunacağı tədbirdə Azərbaycandakı əlverişli biznes mühiti, o cümlədən ölkədə kiçik və orta biznesin inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə görülən tədbirlər barədə məlumat veriləcək, Azərbaycana xarici investisiyaların cəlb olunması məqsədilə yerli və xarici sərmayəçilər arasında ikitərəfli görüşlər təşkil olunacaq.

İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyasının Bakı şəhərində təşkilinə dair iyulun 23-də (KOBİA), İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzi və İƏGF Baş Qərargahı arasında əməkdaşlığa dair üçtərəfli Protokol imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev və İƏGF-nin baş direktoru Rəsul Ömərov imzalayıblar.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?