21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Əsrin müqaviləsi”nin ildönümündə yeni qaz sazişi imzalanıb

20 sentyabr 2024-cü il tarixində “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), bp, MOL, INPEX, “Equinor”, “ExxonMobil”, TPAO, ITOCHU və “ONGC Videsh” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma sənədi imzalanıb.

20 sentyabr tarixinin Azərbaycanın enerji sektoru üçün əlamətdar gün olduğunu bildirən SOCAR-ın prezidenti Rövşən Nəcəf Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”nin ildönümündə yeni qaz sazişinin imzalanmasının SOCAR üçün yeni strateji mərhələ olduğunu diqqətə çatdırıb. Rövşən Nəcəf Azərbaycanın beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi enerji ehtiyatlarının daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirdiyini bildirib. SOCAR-ın prezidenti imzalanan sənədin tərəfdaşların enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirəcəyinə inamını ifadə edib.

Sərbəst təbii qaz layihəsinə başlanılmasından məmnunluğunu ifadə edən bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının sərbəst qaz ehtiyatlarının işlənməsində böyük potensialın olduğunu qeyd edib. Qordon Birrel “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində AÇG-nin neft uğurlarının qeyd edilməsi ilə yanaşı, təbii qaz layihəsi üzrə fəaliyyətə başlanılmasının əlamətdar hadisə olduğunu bildirib. Qordon Birrel son 30 ildə Azərbaycanda görülən geniş miqyaslı işlərin ölkəni dünyanın mühüm enerji təchizatçılarından birinə çevirdiyini vurğulayıb.

Qeyd edək ki, sənədə əsasən, tərəflər “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində fəaliyyət göstərəcəklər. Yeni imzalanan sənəd AÇG üzrə mövcud hasilatının pay bölgüsü haqqında sazişin (HPBS) müddətinin sonuna - 2049-cu ilədək qüvvədə olacaq.

AÇG tərəfdaşlarının sərbəst təbii qaz layihəsində iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh” (2,31%).

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?