6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xarici turistlərin fermer təsərrüfatlarına turları təşkil olunacaq

Xarici turistlərin fermer təsərrüfatlarına turları təşkil olunacaq

Azərbaycanda aqroturizm sahəsində turistlərin fermer təsərrüfatlarına göndərilməsi üçün turpaketlər hazırlanır. "Aqrar Ticarət Şirkəti"nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayevin sözlərinə görə, təqribən sentyabr ayından təqdim olunacaq turpaketlər standart qiymətlərlə təklif olunacaq: "Turistlər turpaketləri xüsusi sayt vasitəsilə əldə edə biləcəklər. Sayta bütün fermer təsərrüfatları qoşulacaq. Turpaketlər 1 gündən 1 həftəyədək nəzərdə tutulur. Turistlər seçdikləri turpaketin ödənişini elektron qaydada apara biləcəklər".

M.Musayev əlavə edib ki, hazırda icra olunan "Şəhərdən kəndə" aqroturizm layihəsinə bir neçə fermer təsərrüfatı qoşulub: "Bizim əməkdaşlarımız müxtəlif bölgələrdə fermer təsərrüfatları ilə tanış olurlar. Təsərrüfatların aqroturizmin tələblərinə cavab verməsi yerində araşdırılır və uyğun olan təsərrüfatlar əməkdaşlığa cəlb olunur. Artıq Qax, Zaqatala, Balakən, Quba, Qusar, Lənkəran, Masallı zonasında yerləşən təsərrüfatlara baxış keçirilib".

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?