11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda I Milli Rəqabət Forumu keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə ölkədə ilk dəfə Milli Rəqabət Forumu keçirilib. Tədbirdə millət vəkilləri, məhkəmə orqanlarının nümayəndələri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri, Vəkillər Kollegiyasının üzvləri, ali təhsil müəssisələrinin nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər.

Forum ölkədə rəqabət sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatlar, rəqabətədavamlı iqtisadiyyatın inkişafı, o cümlədən rəqabət problemlərinə dair effektiv tənzimləmə üsulları və hüquqi alətlər ətrafında müzakirələrin aparılması məqsədilə təşkil olunub.

Tədbirin açılışında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, iqtisadiyyat nazirinin müavini Anar Axundov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və “Deloitte Azərbaycan”ın idarəedici partnyoru Nuran Kərimovun çıxışları dinlənilib.

Forum çərçivəsində ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının əsas istiqamətlərdən biri kimi müəyyən olunması diqqətə çatdırılıb. Bu xüsusda, cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş Rəqabət Məcəlləsinin ölkəmizin sosial-iqtisadi inkişaf məqsədlərinin reallaşmasına xidmət edən islahatlar sırasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qeyd olunub ki, yeni qanunvericilik aləti rəqabətin məhdudlaşdırılmasının qarşısını almaq, bazar mühitinin sağlam şəraitdə fəaliyyətini təmin etmək və istehlakçıların faydasını artırmaq üçün effektiv təsir imkanlarına malikdir. Məcəllənin tətbiqinin əhalinin sosial rifahının əsas elementləri olan iqtisadi artım və iqtisadi inkişafın təməlində dayanan azad rəqabətin formalaşması və bazarda çoxiştirakçılığın təmin olunmasına töhfə verəcəyi bildirilib.

Bundan əlavə, müxtəlif iqtisadi sektorlar, əmtəə və xidmət bazarlarında rəqabət problemlərinə dair yeni qanunvericilikdə genişlənən mexanizmlər barədə məlumat verilib. Həmçinin rəqabət tənzimləmələrinin sahibkar təbəqəsinin genişlənməsi, kiçik və orta biznes subyektlərinin bazara girişinin asanlaşdırılması, investisiya cəlbinin və iqtisadi fəaliyyətin dayanıqlılığının artırılmasına faydalarından söz açılıb.

Rəqabət və istehlakçı hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulu, emalı və çevik sənəd mübadiləsinin elektron qaydada əlçatanlığını təmin etmək üçün yaxın gələcəkdə yaradılması nəzərdə tutulan Elektron Rəqabət İnformasiya Sisteminin önəmi qeyd olunub.

Forum panel müzakirələri ilə davam etdirilib. “Rəqabət siyasətinin iqtisadiyyata təsiri” mövzusunda paneldə moderatorluğu Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev edib. Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, “PAŞA” Holdinqin aparat rəhbəri Dəyanət Sədullayev və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılının iştirakı ilə panel müzakirələri keçirilib.

Daha sonra Dövlət Xidmətinin aparat rəhbəri Tural İsmayılovun moderatorluğu ilə keçirilən “Məhkəmə-hüquq sisteminin rəqabət siyasətinin icrasında rolu” panelində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və “Dentons” beynəlxalq hüquq şirkətinin Bakı İdarəsinin tərəfdaşı Kamil Vəliyevin çıxışları dinlənilib.

Panel müzakirələri zamanı rəqabət siyasətinin iqtisadi inkişafa töhfəsi, rəqabət mədəniyyətinin formalaşması, rəqabət orqanının müasir çağırışlar fonunda rolu, işğaldan azad edilmiş ərazilərdə rəqabət siyasətinin tətbiqi xüsusiyyətləri, bazar subyektlərinin Rəqabət Məcəlləsinin tətbiqindən gözləntiləri, yeni rəqabət qanunvericiliyin sahibkarlara verdiyi imkanlar, vəkillərin sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı addımlar, elm və təhsil müəssisələrinin rəqabət siyasətinin icrasında rolu və rəqabət qanunvericiliyinə əməl edilməsinə nəzarət tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?