9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mustafa Aydın: “Türk coğrafiyasındakı iqtisadi güclər bir araya gəlsə, ÜDM-i dəfələrlə artırmaq mümkündür”

“Ölkələrin iqtisadiyyatları nə qədər güclüdürsə, siyasətdə də bir o qədər uğurlu olurlar. Türk coğrafiyasındakı iqtisadi güclər bir araya gəldiyi halda, ümumi daxili məhsul istehsalımızı 5-6 dəfə artıra bilərik”.

Bu fikri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında Beynəlxalq Françayzinq Assosiasiyasının sədri Mustafa Aydın söyləyib.

Onun sözlərinə görə, Türk Dövlətləri İqtisadi Forumu kimi toplantıların tez-tez keçirilməsi birgə səylərin və qarşılıqlı əməkdaşlığın möhkəm təməllər üstündə qurulmasına təkan verəcək: “Bu tədbirlər çox önəmlidir. İnsanların görüşməsi, düşüncələrini paylaşması yaxın gələcəkdə bu hədəflərin reallaşmasına yol açacaq. Hər şeyin bir başlanğıcı olmalıdır. Bu görüşlər türk dövlətləri arasında əlaqələrin zamanla daha da irəlilələyərək ortaq iş birliklərinin, kommunikasiyaların qurulmasını təmin edir. Bu cür forumları bütün türk respublikalarında keçirməklə daha çox işbirliyinin, sinerjinin, ortaq bizneslərin qurulmasına nail olmalıyıq. Çünki artıq 21-ci əsr işbirliyi, kommunikasiya dövrüdür”.

Türk dövlətlərində keyfiyyətli məhsullar istehsal edildiyini vurğulayan Mustafa Aydın onların brendləşdirilməsinin vacibliyini qeyd edib: “Əgər hazırladığın məhsul brend, marka olmazsa, onu istehsal etməyin anlamı da olmaz. Ona görə də birgə işlər qurularkən brendlərin yaradılmasına da önəm verilməlidir. İllərdir Türkiyədə mallar istehsal edilir, ikinci ölkə onu alır, üzərinə öz brendini vurur və daha baha qiymətə satır. Lakin bunu özümüz də edə bilərik. Türk dövlətlərində çox keyfiyyətli tekstil məhsulları istehsal edilir. Bundan əlavə, şüşə əşyalar, maşınlar istehsal olunur, xidmət və qida sektorunda da üstünlüklərimiz var”.

Fərqanə ALLAHVERDİQIZI

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?