5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağa çağırır.

İnvestorlar iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən işlək biznes, hazır layihə və biznes ideyalarla KOBİA tərəfindən yaradılmış investisiya portalından (www.invest.smb.gov.az) tanış ola bilərlər. Hazırda portalda investisiya yatırılmasını gözləyən 100-dən çox biznes ideya və hazır layihə mövcuddur. Portalda yerləşdirilmiş layihələrin 58-nin Bakı şəhəri və Abşeron rayonu ərazisində, 43-nün isə regionlarda həyata keçirilməsi nəzərdə tutulur. Layihələr əsasən sənaye, təhsil, turizm, xidmət, qida, ticarət, nəqliyyat və logistika sahələrini əhatə edir. İnvestorlar maraqlı olduqları layihələrə borc və ya ortaqlıq şərtləri daxilində yatırım edə bilərlər.

İnvestorlar bu layihələrə yatırım etməklə həm özləri qazanc əldə edəcək, həm də KOB-ların layihələrini dəstəkləməklə onların inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərmiş olacaqlar.

Eyni zamanda investorlar onları maraqlandıran sektorları qeyd etməklə öz investisiya təkliflərini portalda yerləşdirə və biznes layihələrin müəlliflərindən təkliflər ala bilərlər.

Qeyd edək ki, www.invest.smb.gov.az portalı KOBİA tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər. Portaldan istifadə etmək ödənişsizdir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?