6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari ilin ilk iki ayında ölkəyə 1185 ədəd yük avtomobili idxal edilib

Bu ilin yanvar-fevral aylarında ölkədə 149 ədəd yük avtomobili istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 33 faiz və ya 37 ədəd artıb.

Təkcə fevral ayı ərzində ölkədə 86 yük avtomobili istehsal olunub ki, bu da yanvar ayına nisbətdə 36,5 faiz və ya 23 ədəd çoxdur. Mart ayının 1-nə hazır məhsul ehtiyatı 64 avtomobil təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk iki ayında ölkəyə 22,5 milyon ABŞ dolları dəyərində 1185 ədəd yük avtomobili idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən bu növ nəqliyyat vasitələrinin dəyəri 66 faiz və ya 8,9 milyon dollar, sayı isə 36 faiz və ya 314 ədəd artıb.

Təkcə cari ilin fevral ayında ölkəyə 13,6 milyon dollar dəyərində 690 ədəd yük avtomobili idxal edilib ki, bu da yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 52,9 faiz və ya 4,7 milyon dollar, say olaraq isə 39,4 faiz və ya 195 ədəd çoxdur.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?