23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub

BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) baş direktorunun müavini xanım Fatou Haidara ilə görüşüb.

Görüşdə Azərbaycanın BMT və ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığı, o cümlədən UNİDO-nun davamlı inkişafın təmin edilməsi üçün sənayenin təşviqi istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi ilə sıx uzlaşması birgə səylərin əlaqələndirilməsini asanlaşdırır.

Qeyd olunub ki, təşkilat COP29 çərçivəsində ölkəmizə dəstək göstərməyə hazırdır və bu çərçivədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Tərəflər Azərbaycanda UNİDO-nun İnvestisiyalar və Texnologiyaların Təşviqi Ofisinin yaradılması, təşkilatla Azərbaycan Respublikası Hökuməti arasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədində nəzərdə tutulan istiqamətlər üzrə layihə təkliflərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?