16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əsas kapitala yönəldilmiş investisiyaların həcmi artıb

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi artıb

2024-cü ilin yanvar-fevral aylarında əsas kapitala 2638,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1 faiz artıb. İstifadə olunmuş investisiyanın 1439,7 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 1064,7 milyon manatı (40,3 faizi) xidmət sahələrinə, 133,7 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 2121,3 milyon manatını və ya 80,4 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 1921,3 milyon manatı və ya 72,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?