13 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Xorvatiya biznes forumu keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Xorvatiya İqtisadiyyat Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, qida sənayesi, tikinti, ticarət, energetika sahələrində fəaliyyət göstərən 40-dan çox şirkət nümayəndəsi iştirak edib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin dövlət başçılarının dostluq münasibətləri sayəsində daha da inkişaf etdiyini vurğulayaraq, bu münasibətlərin iqtisadi müstəvidə də əks olunması üçün sahibkarlar arasında əlaqələrin qurulması və bu istiqamətdə işlərin intensivləşdirilməsinin vacibliyini ifadə edib. Nazir müavini forumun qarşılıqlı investisiyaların təşviqi sahəsində irəliləyişin əldə olunmasına müsbət təsir göstərəcəyini bildirib.

Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov ticarət və investisiyalar, o cümlədən nəqliyyat və alternativ enerji sahələrində iki ölkə arasında istifadə edilməmiş potensialın mövcudluğunu qeyd ediblər. Bildirilib ki, keçiriləcək Hökumətlərarası Komissiyanın 3-cü iclası iqtisadi əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək.

Qeyd edək ki, tədbirdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətini sədri Orxan Məmmədov və Xorvatiya İqtisadiyyat Palatasının Biznesin Beynəlmiləlləşməsi Mərkəzinin direktoru Silva Stipiç Kobal ölkələrin biznes və investisiya potensialı, eləcə də mümkün perspektivli əməkdaşlıq istiqamətləri haqqında danışıb, fikir mübadiləsi aparıblar.

Forum B2B formatda görüşlərlə davam edib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?