13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn il yeni avtomobil zavodu istifadəyə veriləcək

Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC tərəfindən Hacıqabul Sənaye Məhəlləsinin ərazisində yaradılan minik avtomobillərinin istehsalı kompleksinin 2025-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gulay Həsənova deyib. Onun sözlərinə görə, investisiya həcmi 104 milyon manat olan kompleks İqtisadi Zonaların İnkişafı Agentliyi, “Uzavtosanoat” SC və “Azərmaş CP” MMC arasında imzalanmış Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında əməkdaşlıq memorandumuna əsasən yaradılır.

“Uzavtosanoat” SC ilə “Azərmaş CP” MMC-nin reallaşdırdığı avtomobil istehsalı (boya və qaynaq mərhələsinin lokallaşdırılması) müəssisəsinin tikintisi üçün 2023-cü ilin noyabr ayında bünövrə qazma işlərinə başlanılıb. Yeni tikilən zavod yığım xəttinin təkmilləşdirilməsi, boya və qaynaq mərhələsinin lokallaşdırılması yönümlü olacaq. Burada ilk növbədə “Cobalt”, “Onix”, “Tracker” modellərinə üstünlük veriləcək. Zavodun illik istehsal gücünün 30 000 ədəd avtomobil olması nəzərdə tutulub.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?