18 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yeni dövlət standartı qəbul edilib

Yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) ölkə ərazisində təhsil müəssisələri tərəfindən göstərilən xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə yeni dövlət standartı qəbul edilib.

İnstitutdan verilən məlumata görə, yeni dövlət standartı AZS ISO 21001:2024 “Təhsil təşkilatları. Təhsil təşkilatları üçün idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” təhsilalanların və digər benefisiarların tələblərinə uyğun təhsil məhsullarını və xidmətlərini təmin edən təşkilatlar üçün ümumi idarəetməni təmin edir. Standartın ölkədə tətbiqi təhsil təşkilatlarında beynəlxalq tələbləri ehtiva edən idarəetmə sisteminin yaradılmasına, tətbiqinə, təkmilləşdirilməsinə, o cümlədən təhsil sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına şərait yaradacaq.

Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?