2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Ağıllı Sənaye Hazırlığı İndeksi” qiymətləndirmə metodunun tətbiqi genişləndiriləcək

Azərbaycanda “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirmə metodunun tətbiqi genişləndiriləcək.

Bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, SIRI sənayedə rəqəmsallaşmaya hazırlıq dərəcəsini ölçmək üçün 16 fərqli istiqamətdə təşkilatların müəyyən qiymətləndirmədən keçməsini təmin edən proqramdır.

“Bu qiymətləndirmənin metodologiyası Dünya İqtisadi Forumu tərəfindən qəbul edilən yeganə qiymətləndirmə indeksidir. Biz onu Azərbaycanın iki böyük təşkilatında - “SOCAR Polymer” və “AzerGold” şirkətində tətbiq etmişik ki, müəyyən edək bu şirkətlərdə rəqəmsallaşma üçün hansı çağırışlar, hansı boşluqlar var və bu boşluqları aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır. Bu məqsədlə rəqəmsallaşma üzrə yol xəritəsi hazırlanıb. Bu il ərzində də biz daha çox təşkilatda bu proqramın tətbiq olunmasına nail olmaq istəyirik”, - deyə F.Cəfərov qeyd edib.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?