12 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mebel istehsalında artım qeydə alınıb

2023-cü il ərzində ölkədə 292,8 milyon manat dəyərində mebel istehsal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 29,7 faiz və ya 67 milyon manat üstələyir.

Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda istehsal dəyərində 69,3 faiz və ya 17,6 milyon manat artım qeydə alınıb. Dekabr ayında 43 milyon manat dəyərində mebel istehsal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə 2023-cü ildə ölkəyə 132,1 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2022-ci ilin göstəricisini 12,8 faiz və ya 15 milyon dollar üstələyir.

Ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda sözügedən məhsulların idxalı dəyər ifadəsində 19,4 faiz və ya 1,83 milyon dollar artıb. Dekabrda ölkəyə 11,28 milyon dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, 2023-cü ildə bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,76 faizə bərabər olub.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?