7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Akkreditasiya Mərkəzi sınaq laboratoriyaları üçün təlimlər keçirib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və Türkiyə Akkreditasiya Agentliyinin (TÜRKAK) birgə təşəbbüsü ilə sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyi və etibarlı nəticələrinə dair tələbləri ehtiva edən ISO/IEC 17025 standartı üzrə təlimlər təşkil olunub.

Azərbaycan Akkreditasiya Mərkəzinin məlumatına görə, təlimlər zamanı, həmçinin Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının tələbləri və AzAK-ın yenilənən idarəetmə sisteminin sənədlərinə dair izahlar təqdim edilib.

İnteraktiv formatda təşkil olunan təlimlərdə 70-ə yaxın sınaq laboratoriyasının 150 əməkdaşı iştirak edib. Təlimlərdə laboratoriyaların fəaliyyətində mövcud çətinliklər və həlli yolları müzakirə olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Təlimlərin təşkil olunmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən sınaq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi, AzAK-ın İLAC-a tamhüquqlu üzvlüyü zamanı sözügedən laboratoriyaların nəticələrinin beynəlxalq səviyyədə tanınmasının təmin olunmasıdır.

Sonda təlimi uğurla başa vuran iştirakçılara AzAK tərəfindən sertifikatlar təqdim edilib.

Qeyd edək ki, maarifləndirici tədbirlər AzAK və TÜRKAK-ın məsləhət və təlim xidmətlərinin göstərilməsinə dair müqaviləsi çərçivəsində həyata keçirilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?