13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlığın İnkişafı Fondunun BMT-nin Qlobal Sazişinə üzvlüyü təsdiqlənib

Sahibkarlığın İnkişafı Fondunun Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə üzvlüyü təsdiqlənib. Bununla əlaqədar olaraq, Fondda Qlobal Sazişin nümayəndəsi ilə görüş keçirilib.

Fondun məlumatına görə, görüşdə şəbəkənin Azərbaycan üzrə meneceri Samir Məmmədov SİF-in ətraf mühit, sosial və idarəetmə istiqamətləri üzrə qabaqcıl fəaliyyətini dəyərləndirərək, bu istiqamətdə atılan addımların əhəmiyyətini vurğulayıb. Həmçinin SİF-in beynəlxalq şəbəkəyə üzv olmasında qurumun fəaliyyətində nəzərə alınan ESG siyasətinin və Fondda yaradılmış “Yaşıl komanda”nın rolundan bəhs edib.

SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində Fondun fəaliyyətinin dəyərləndirilməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi strategiyaların və fəaliyyətlərin qurulmasında ətraf mühit, sosial və idarəetmə istiqamətlərinin nəzərə alınmasına yenidən diqqət çəkir.

Görüş əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam etdirilib.

BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?