17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qaz balonları - balon klapanlarına dair dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ISO 14246:2023 “Qaz balonları - balon klapanları. İstehsal sınaqları və yoxlamaları” yeni dövlət standartı qəbul edilib.

İnstitutdan verilən məlumata görə, AZS ISO 14246:2023 “Qaz balonları-Balon klapanları. İstehsal sınaqları və yoxlamaları” dövlət standartı doldurula bilən daşınan qaz balonlarına quraşdırılmaq üçün nəzərdə tutulmuş balon klapanlara, balon dəstəsi qurğuları üçün əsas klapanlara (kürə klapanları istisna olmaqla), təzyiq balonları və borular üçün klapanlara şamil edilir. Bu standart ISO 10297 üzrə istehsal edilmiş və sınaqdan keçirilmiş klapanların istehsal sınaqları və yoxlamaları üçün prosedurlara və qəbul meyarlarına dair tələbləri müəyyən edir.

Standart layihəsi daha əvvəl rəy və təkliflərin bildirilməsi məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə, SOCAR-ın “Azəriqaz” İB-nə göndərilib və həmin qurumlarla rəsmi qaydada razılaşdırılıb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?