17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” mövzusunda panel sessiya keçirilib

Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” mövzusunda panel sessiyası keçirilib.

Türkiyə səhiyyə nazirinin müavini Şuayip Birincinin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, səhiyyə nazirinin müavini İlqar Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev, Türk Hava Yollarının Baş direktor müavini Ahmet Olmuştur, “Asfarma” şirkətinin direktoru Ender Kavuk müzakirələrdə iştirak edib, sualları cavablandırıblar.

Bildirilib ki, sağlamlıq turizmi dünyada son illərdə sürətlə inkişaf etməklə önəmli turizm növünə çevrilib. Ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müalicə-sağlamlıq turizminin yaradılması və inkişafı üçün resurslar böyükdür.

Azərbaycan Respublikası Prezidentinin sağlamlıq turizminə verdiyi önəm sayəsində son illər müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb, mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Bu istiqamətdə görülən tədbirlər respublikanın sağlamlıq turizmi sahəsində perspektivlərin nümayiş etdirilməsi, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə hesablanıb.

Tədbirdə ölkəmizdə sağlamlıq turizminin inkişafı, turizm və səhiyyə sektoruna investisiya imkanları, bu sahədə Türkiyə təcrübəsinin tətbiqi barədə müzakirələr aparılıb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?