12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İxrac sifarişləri 4,6 faiz artıb

İxrac sifarişləri 4,6 faiz artıb

Bu ilin yanvar-may ayları ərzində "Azexport.az" portalına 261,8 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı ixrac icmalında verilmiş məlumata əsasən, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il ixrac sifarişləri 4,6 faiz artıb.

İlk beş ayda portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,6 faiz), Türkiyə (7,4 faiz), İngiltərə (5,9 faiz), ABŞ (5,9 faiz) və Hindistan (5,9 faiz) qərarlaşıb. 2019-cu ilin may ayında ən çox ixrac sifarişi pambıq və pambıq məhsulları, biyan, tütün, toyuq əti və yumurtası, kartof, soğan, mineral su, mühərrik yağı, qənnadı məhsulu, nar şirəsi, tibbi tənzif, şərab, çay, kosmetik vasitə, tikinti materialı, mebel dəsti, alma, gül, təzə və qurudulmuş pomidor və s. mallara aid olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 may tarixinə kimi "Azexport.az" portalına dünyanın 130 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 250,9 milyon dollar təşkil edib. 2019-cu ilin yanvar-may ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 59,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Bu ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 204 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2018-ci ilin may ayı ilə müqayisədə 22 milyon dollar və ya 12 faiz çoxdur. Mayda qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (96,3 milyon dollar), Türkiyəyə (33 milyon dollar), Gürcüstana (14,6 milyon dollar), İsveçrəyə (8,2 milyon dollar) və İtaliyaya (6,6 milyon dollar) ixrac edilib.

May ayında qeyri-neft sektoru üzrə ixracda ilk yeri pomidor tutub - 54,6 milyon dollar. Kartof ixracı 20,2 milyon dollar, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələrin dəyəri isə 12,9 milyon dollar olub. Bu ilin yanvar-may aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 18 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizi həcmində olub.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?