15 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Timur Turlov: “İnnovasiyaların stimullaşdırılmasında hökumətlərin rolu böyükdür”

“Dördüncü Sənaye İnqilabı xidmət sektorunun genişlənməsinə səbəb olacaq”. Bunu iqtisadçı ekspert, “Freedom Holding” korporasiyasının təsisçisi Timur Turlov “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına bildirib.

Onun sözlərinə görə, süni intellektin təsiri altında insanların işi daha da yaradıcı olacaq və avtomatlaşdırılacaq: “Biz tamamilə fərqli sahələrdə yaradıcı işlərin avtomatlaşdırılmasının artması ilə qarşılaşacağıq və son nəticədə bu, xidmətlər sektorunun genişlənməsinə, ÜDM baxımından daha da böyüməsinə səbəb olacaq. Bu, işsizliyə səbəb olmayacaq, lakin kifayət qədər ciddi texnoloji dəyişikliyə gətirib çıxaracaq, istedadı önə çıxaracaq”.

Ekspertin fikrincə, innovasiyaların stimullaşdırılmasında hökumətlər mühüm rol oynayır: “Hesab edirəm ki, dövlətin əsas rollarından biri bazarda yüksək rəqabət mühitinin saxlanılması və açıq siyasətin aparılmasıdır. Belə bir siyasətlə innovativ şirkətlər üçün tənzimləyici maneələr azaldılır, yerli sahibkarlarla dialoq kifayət qədər fəal şəkildə qurulur və birbaşa xarici investisiyaların aktiv cəlb edilməsi dəstəklənir”.

T.Turlov qeyd edib ki, rəqabət olan şəraitdə işləmək infrastrukturun yaradılması və inkişafı üçün çox vacibdir. Bütün bunlar təhsilin və müxtəlif sosial obyektlərin rəqəmsallaşdırılması ilə birlikdə iqtisadi inkişaf üçün əlverişli mühit yaratmalıdır.

Tamilla MƏMMƏDOVA

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri