16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artırılır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verərək bildirib ki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il büdcəsinin gəlirləri və xərcləri eyni məbləğdə - 3 milyard 928 milyon 104 min manat təsdiq edilib. Dəyişikliklərdə bu qurumun 2019-cu il büdcəsinin həm gəlirlərinin, həm də xərclərinin artırılaraq 4 milyard 128 milyard 104 min manat məbləğində təsdiq edilməsi təklif olunur.

Bundan əlavə, DSMF-nin 2019-cu il büdcəsinin xərclərinin əhaliyə ödənişlər üzrə xərclər istiqamətində 3 milyard 834 milyon 944 min manatdan 4 milyard 20 milyon 444 min manata qaldırılması təklif edilir. Eyni zamanda, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinin 22 milyon 500 min manatdan 23 milyon manata qaldırılması nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?