Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verərək bildirib ki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il büdcəsinin gəlirləri və xərcləri eyni məbləğdə - 3 milyard 928 milyon 104 min manat təsdiq edilib. Dəyişikliklərdə bu qurumun 2019-cu il büdcəsinin həm gəlirlərinin, həm də xərclərinin artırılaraq 4 milyard 128 milyard 104 min manat məbləğində təsdiq edilməsi təklif olunur.
Bundan əlavə, DSMF-nin 2019-cu il büdcəsinin xərclərinin əhaliyə ödənişlər üzrə xərclər istiqamətində 3 milyard 834 milyon 944 min manatdan 4 milyard 20 milyon 444 min manata qaldırılması təklif edilir. Eyni zamanda, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinin 22 milyon 500 min manatdan 23 milyon manata qaldırılması nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.