23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İstanbulda COMCEC-in 39-cu iclası keçirilir

İstanbulda COMCEC-in 39-cu iclası keçirilir

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu iclasında üzv dövlətlər arasında əməkdaşlığın elektron ticarət, eləcə də, maliyyə, nəqliyyat, rəqəmsallaşma, özəl sektor, kənd təsərrüfatı, turizm və digər sahələrdə təkmilləşdirilməsi mövzularında müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək ölkəmizin İƏT ölkələri ilə tərəfdaşlığın inkişafına önəm verdiyini vurğulayıb. İclasda ölkə iqtisadiyyatının şaxələndirilməsi, rəqəmsal ticarət sahəsində görülən işlər barədə məlumat verilib, dayanıqlı və rəqabətədavamlı turizm sektorunun inkişafı, kənd təsərrüfatında məhsuldarlığın artırılması və davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi, yoxsulluğun azaldılması istiqamətlərində İƏT üzvü olan ölkələrlə əməkdaşlıq qeyd olunub.

Qeyd: 1981-ci ildə Məkkədə keçirilmiş İƏT-in 3-cü Sammitində yaradılmış COMCEC çoxtərəfli iqtisadi və ticarət əməkdaşlığı üzrə əsas platformadır. İƏT-in 4 daimi komitəsindən biri olan COMCEC-in tərkibində 6 sahəvi (ticarət, maliyyə, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm və yoxsulluğun azaldılması) işçi qrupu fəaliyyət göstərir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?