1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni tikinti kimyəviləri zavodunun tikintisi gələn il tamamlanacaq

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nin yeni tikinti kimyəviləri zavodunun inşası gələn ilin ikinci yarısında tamamlanacaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Kartaş Kimya” MMC-nin direktoru Necmeddin Taşbağ deyib.

Onun sözlərinə görə, zavodun illik istehsal gücü 110 min ton olacaq. Layihəyə 20 milyon manatdan artıq investisiyanın yatırılması nəzərdə tutulur.

N.Taşbağ hesab edir ki, yeni zavod fəaliyyətə başladıqdan sonra ümumilikdə istehsallarının həcmi 2 dəfəyə yaxın artacaq. Hazırda şirkət məhsullarını Özbəkistana ixrac edir. Yeni zavodun açılmasından sonra ixrac bazarlarının genişləndirilməsi planlaşdırılır.

Layihənin reallaşdırılması Azərbaycanda tikinti kimyəviləri sektoru üçün yeni və innovativ məhsul çeşidləri istehsal etməyə və bu sahənin idxaldan asılılığının azalmasına, şirkətin ixrac potensialının artmasına imkan verəcək.

Xatırladaq ki, “Kartaş Kimya” MMC indiyədək Azərbaycan iqtisadiyyatına 10 milyon manata yaxın investisiya yatırıb. 20 ildən artıqdır ki, fəaliyyət göstərən “Kartaş Kimya” MMC beton sənayesi üçün müxtəlif təyinatlı kimyəvi beton qatqılar, su izolyasiya və termo izolyasiya materialları, kafel-keramika yapışdırıcı və dərz dolğuları, struktural beton təmiri materialları, sənaye müəssisələri üçün zəmin döşəmə materialları istehsal edir.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?