2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

10 ayda 96,9 milyon dollar dəyərində meşə fındığı ixrac edilib

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədən 96,9 milyon ABŞ dolları dəyərində 19 min tondan çox meşə fındığı ixrac edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 16,5 faiz və ya 13,7 milyon dollar, həcm olaraq isə 21 faiz və ya 3,3 min ton çoxdur.

Cari ilin sentyabr ayına nisbətdə isə oktyabrda fındığın ixrac dəyəri 55,6 faiz və ya 5,7 milyon dollar, həcmi isə 38,6 faiz və ya 790,53 ton artaraq müvafiq olaraq 16,1 milyon dollar və 2,8 min ton təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 10 ayında fındığın ümumi ixracda xüsusi çəkisi 0,33 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,58 faizə bərabər olub.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?