21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan İsrailə biyan ixrac edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, "Azexport.az" portalı daha bir qeyri-ənənəvi Azərbaycan məhsulunun xarici bazarlara ixracına nail olub. Portalın dəvəti ilə İsrailin ən böyük biyan və ekstraktı idxalçısı, həmçinin bu sahədə dünya üzrə ilk onluqda yerləşən "F&C Licorice Group" şirkətinin nümayəndələri Bakıda səfərdə olublar. Qonaqlar Azərbaycandan biyan kökü ixrac edən şirkət nümayəndələri ilə görüşüblər.

"Azexport.az" portalının meneceri Ayxan Qədəşov bildirib ki, görüşdə növbəti mövsümdə ölkəmizdən illik müqavilə üzrə 2.5-3 min ton yüksək keyfiyyətli biyan məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə edilib. İsrail nümayəndələrinə Azərbaycanın münbit investisiya mühiti barədə məlumat, eləcə də gələcəkdə birgə əməkdaşlıq çərçivəsində biyan qəbulu və emalı məntəqələrinin yaradılması üçün təkliflər təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda bir il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksək keyfiyyətli biyan məhsulu əldə edilir. Əldə olunan məhsul, əsasən, Çin, Sinqapur, Hindistan, İsrail, İran kimi ölkələrə ixrac edilməklə yanaşı, daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur.

Azexport portalı sadalanan texniki və keyfiyyət göstəricilərinə uyğun gələn biyan məhsulunun ixracında maraqlı olan sahibkarlara müraciət edərək bildirir ki, Azexport portalı vasitəsi ilə "F&C Licorice Group" və digər aidiyyəti beynəlxalq şirkətlərin əlaqə vasitələrini əldə edə bilərlər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?