21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanda təmiz enerji layihələrini inkişaf etdirəcək

BƏƏ-nin “Masdar” şirkəti Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanda ümumi gücü 1 giqavat (GW) olan iki günəş layihəsi və bir quru külək layihəsi üçün üç investisiya müqaviləsi imzalayıb.

AZƏRTAC xəbər verir ki, yeni müqavilə Azərbaycanda hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək və 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək 230 meqavat gücündə olan Qaradağ Günəş Elektrik Stansiyasının Prezident tərəfindən rəsmi açılış mərasimindən sonra imzalanıb.

Qaradağ Günəş Elektrik Stansiyası Mərkəzi Asiya regionunda ən böyük layihədir və Əbu-Dabi İnkişaf Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) tərəfindən birgə maliyyələşdirilib.

Baş icraçı Mohamed Jameel Al Ramahi keçən ay verdiyi müsahibədə bildirib ki, “Masdar” onilliyin sonuna qədər 100 giqavat ümumi gücə sahib olmaq istədiyi üçün bu il tutumu iki dəfə artırmağı planlaşdırır. 2030-cu il üçün 100 giqavatlıq hədəf “Masdar”ın həmin vaxta qədər iştirak edəcəyi layihələrin ümumi gücünə əsaslanır.

AZƏRTAC

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?