13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“İqtisadi artım üzrə işçi qrup”un ilk iclası keçirilib

2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə hədəfə nail olunması məqsədilə yaradılmış “İqtisadi artım üzrə işçi qrup”un ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iclasda çıxış edən işçi qrupunun sədri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlərin reallaşdırılmasının dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. Nazir müavini işçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyətini, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlər üzrə 2023-cü ilin ilk 6 ayı ərzində görülmüş işləri diqqətə çatdırıb. Qeyd olunub ki, strategiya üzrə işlərin effektivliyinin təmin edilməsi məqsədilə monitorinq və qiymətləndirmə portalı yaradılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Rəşad Hüseynov strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsinə dair 2023-cü ilin birinci yarımilliyi üzrə hazırlanmış hesabatları təqdim edib.

İclasda effektivliyin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 işçi qrupu yaradılıb.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?